Vergi qanunları tez-tez dəyişikliklərə məruz qalır. Sahibkarlar üçün onların tətbiqi vaxtını və müəssisənin fəaliyyətinə təsirini izləmək getdikcə çətinləşir. Sürətli qloballaşma prosesi, vergi qanunvericiliyində və mühasibat uçotu standartlarında dəyişikliklər, eləcə də vergi orqanlarının biznesin şəffaflığına dair tələbləri sərtləşdirməsi vergi və maliyyə funksiyalarının üzərinə əlavə yüklər qoyur.

Mühasibat uçotu və vergi hesabatlarının hazırlanması, təqdim edilməsi prosesinə vergi planlaşdırması, risklərin idarə edilməsi və şirkət bölmələri arasında sıx qarşılıqlı əlaqə kimi biznesin dəyərini artırmaq üçün daha vacib olan proseslərdən daha çox vaxt verilir. Məhz buna görə də “Modern Accounting Service” öz müştərilərinə mühasibat uçotu və vergi dəstəyi üçün daha rasional və səmərəli variantlar təklif edir.

Bizim işimiz biznesinizi hərtərəfli başa düşmək, məqsədləriniz, sistemləriniz, korporativ mədəniyyətiniz və vergi risklərinin müəyyənləşdirilməsi ilə başlayır.Təhlil əsasında biz sizə qanuni tələblərə uyğunluq və vergi riskinin idarə edilməsi üçün məqsədlər qoymağa, həmçinin vergi hesabatında əks olunan vergi mövqeyinin şirkətin vergi sahəsində strateji məqsədlərinə uyğun olmasına kömək edəcəyik.